COVİD 19 Azərbaycanda daha 3 can aldı

COVİD 19 Azərbaycanda daha 3 can aldı

24-05-2020 00:07 / Bu xəbər 202 dəfə oxundu

Yenə 127 nəfər koronavirusa yoluxub

Mayın 23-də Azərbaycanda 3 nəfər koronavirusdan ölüb, 127 infeksiyaya yoluxma faktı qeydə alınıb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Bildirilir ki, 107 nəfər müalicə olunaraq evə buraxılıb.

Operativ qərargah ölən xəstələrin 1948, 1952 və 1982-ci il təvəllüdlü olduğunu bildirib.

Azərbaycanda hazırda 3982 nəfərin koronavirus infeksiyasına yoluxduğu qeyd olunub: "Onlardan 2506 nəfər müalicə olunaraq sağalıb, 49 xəstə ölüb, 1427 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 57 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.

Eyni zamanda, ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 265 min 67 testin apardığı vurğulanıb.