D18 Hərəkatının üzvünün harada saxlandığı bəlli deyil

D18 Hərəkatının üzvünün harada saxlandığı bəlli deyil

08-07-2021 00:12 / Bu xəbər 2664 dəfə oxundu

D18 Hərəkatının üzvü Cəlil Zabidov Yardımlı Rayon Polis İdarəsi tərəfindən saxlanıldığı bildirilir.

Bu barədə D18 Hərəkatı məlumat yayıb.

Bildirilir ki, o, saat 18:30-da heç bir əsas göstərilmədən idarəyə çağırılıb. 

"Rəis müavini Davud Novruzov 2 polis əməkdaşını Cəlil Zabidovun evinə göndərib. Zabidovun qardaşı və qardaşıoğlu polis tərəfindən təhdid və təhqir edilib. Polis idarəsindən Cəlil Zabidovun telefonu tələb edilib, əks halda polis buraxmayacaqlarını bildiriblər", - təşkilatın açıqlamasında belə deyilir. 

Hərəkatdan "Arqument.az"a bildirilib ki, onun saxlanılmasına səbəb tənqidçi mövqeyidir: "2 saatdan çoxdur ki, Cəlil Zabidovdan heç bir xəbər yoxdur. Onun bu təzyiqlərlə üzləşməsimin səbəbi siyasi motivli yazıları və tənqidi mövqeyidir". 

D18 Hərəkatı Cəlil Zabidovun dərhal azadlığa buraxılmasını tələb edirib.