D18 Hərəkatının üzvü həbs edilib

D18 Hərəkatının üzvü həbs edilib

22-05-2020 21:49 / Bu xəbər 1414 dəfə oxundu

D18 Hərəkatının üzvü Cəlil Zabitovun 5 ay azadlıqdan məhrum edildiyi deyilir. 

Bu barədə Toplum Tv-yə Cəlil Zabitovun qohumları məlumat verib.  

C.Zabitovun qohumları deyir ki, o, mayın 21-i  Yardımlı Rayon Məhkəməsinə gedib.  

Onların sözlərinə görə, Cəlil Zabitov Cinayət Məcələsinin 221.1 (xuliqanlıq) və 127-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham olunub. 

Daha sonra Məhkəmə 127-ci maddəni ittihamdan çıxarıb. 

D18 Hərəkatının İdarə Heyətinin üzvü Samirə Ağayeva Toplum TV-yə deyir ki, Cəlil Zabitov korrupsiya ilə bağlı bir neçə video hazırlayıb və öz kanalında paylaşıb: " Cəlil Zabitov "Korrupsiyaya yox de" səhifəsində çalışır və yerli icra başçılarının korrupsiya hallarını ictimailəşdirdirirdi".  

Məsələ ilə bağlı Toplum TV Daxili İşlər Nazirliyinin (DİN)  Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxlayıb. 

Ehsan Zahidov  bu barədə məlumatının olmadığını deyib.