D18 Hərəkatının üzvü həbsdə aclığa başladı
10-10-2020 21:04 / Bu xəbər 858 dəfə oxundu
D18 Hərəkatının üzvü Cəlil Zabidov Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb.
Bu barədə D18 Hərəkatının sədr əvəzi Samirə Ağayeva öz feysbuk səhifəsində yazıb.
O bildirib ki, Cəlil Zabidov haqqında artıq ikinci cinayət işinə baxılır: "İkinci cinayət işi xüsusi ittiham qaydasında başlanıb. Güman olunur ki, oktyabrda bitən birinci cinayət işi üzrə çıxarılan hökmün müddəti bitənə qədər yeni azadliqdan məhrum olunma cəzasına məhkum olunacaq".
Samirə Ağayevanın sözlərinə görə, Cəlil Zabidov həbsdə olan müddətdə işgəncələrlə də üzləşib.
Cəlil Zabidov mayın 21-də Yardımlı Rayon Məhkəməsinin hökmü ilə CM-in 221.1 (xuliqanlıq) maddəsi ilə təqsirli bilinərək 5 ay azadlıqdan məhrum edilib.
O, fevralın 9-da keçirilən parlament seçkilərində müşahidəçi olduğu seçki məntəqəsindəki pozuntu hallarını ictimailəşdirib.
Bundan sonra C.Zabidov Yardımlı sakini Hamlet Əməşova qarşı xuliqanlıqda suçlanıb. Amma ailəsi hesab edir ki, onu yaydığı tənqidi materiallara görə rayon rəhbərliyinin sifarişi ilə cəzalandırıblar.












