Daha 2284 adam infeksiyaya yoluxub
22-12-2020 18:03 / Bu xəbər 549 dəfə oxundu
Bir günə 41 şəxs koronavirusdan ölüb
Dekabrın 22-də Azərbaycanda 41 şəxs COVİD-19 infeksiyasından ölüb, 2284 adam infeksiyaya yoluxub, 4392 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Operativ qərargah Azərbaycanda indiyə qədər 205 min 877 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
"Onlardan 147 min 199 nəfər müalicə olunaraq sağalıb, 2294 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 56384 nəfərdir”.
Qərargah ötən müddətdə 2 milyon 88 min 358 testin aparıldığını qeyd edib: a"Bugünkü test sayı isə 15221-dir”.












