Daha 7 sərhədçi həbs edildi

Daha 7 sərhədçi həbs edildi

25-07-2022 18:35 / Bu xəbər 754 dəfə oxundu

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və qeyrilərindən ibarət dəstə 90 kq-dan artıq narkotik vasitəni sərhəddən keçirməyə çalışarkən saxlanılıblar.

Bu barədə bu gün, iyulun Baş Prokurorluq məlumat yayıb. 

Bildirilir ki, hadisə iyulun 21-də baş verib. 

Faktla bağlı qaçaqmalçılıq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, dövlət sərhədini qanunsuz keçmə və s. maddələriylə cinayət işi başladılıb. 

"DSX-nin hərbi qulluqçuları Tural Osmanov, Şəmil Abbasov, Habil Nəcəfov, Kamran Cəfərov, Nurlan Qasımov, Seymur Azadxanzadə, İlkin Qasımzadə və qeyriləri vəzifəli şəxs qismində öz qulluq mövqelərindən istifadə edərək mülki şəxs Hikmət Xəlili və qeyriləri ilə satış məqsədilə külli miqdarda narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gizli keçirilməsi və satılması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşiblər.

Cinayətkar niyyətin həyata keçirilməsi üçün qrupun İİR-nın ərazisində olan üzvləri dövriyyəsi qadağan edilən həmin vasitələri əldə edərək 2022-ci ilin iyul ayında Cəbrayıl rayonunun Mehdili kəndi ərazisindən respublikamızın dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən və dövlət gömrük nəzarətindən kənarda keçirməklə gizlətmişlər.

Razılaşdırılmış plana uyğun olaraq hərbi qulluqçulardan 4 nəfəri iyulun 21-də saat 20 radələrində vasitələri gizlədilən yerdən götürərkən DSX-nin "Pusqu” sərhəd naryadı tərəfindən saxlanılmışlar", - deyə Baş Prokurorluğuun məlumatında bildirilib. 

Həmçinin qeyd olunub ki, onlardan 94, 3 kq narkotik vasitə aşkar edilərək götürülüb. 

Adları qeyd edilən 7 hərbi qulluqçu və Hikmət Xəlili barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha bir nəfər  barəsində isə axtarış elan edilib.