Daha bir dairənin beş məntəqəsinin nəticələri ləğv edildi

Daha bir dairənin beş məntəqəsinin nəticələri ləğv edildi

19-02-2020 16:54 / Bu xəbər 1226 dəfə oxundu

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə daxil olan müraciətlərə baxılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə MSK üzvü İlham Məmmədov məlumat verib. 

O qeyd edib ki, həmin dairədən deputatlığa namizəd Samirə Rəfullayeva müraciətində məntəqələrdə pozuntuların olduğunu bildirib. 

S.Rəfullayeva dairə üzrə nəticələrin etibarsız sayılmasını tələb edib. 

MSK-nın iclasında qərara alınıb ki, Milli Məclisə seçkilərlə əlaqədar 30 saylı Suraxanı Birinci Seçki Dairəsinin 1, 12, 14, 16 və 18-ci məntəqələrində nəticələr etibarsız hesab edilsin. 

Qeyd edək ki, həmin dairənin lider namizədi Sevinc Fətəliyevadır.