Daha bir əməliyyat: Elmar Vəliyevin yaxın adamları saxlanıldı
24-08-2020 11:37 / Bu xəbər 1590 dəfə oxundu
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Gəncə şəhərində əməliyyat keçirib.
Unikal.org xəbər verir ki, keçirilən əməliyyat nəticəsində Elmar Vəliyevin icra başçısı olduğu dönəmdə Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işləmiş şəxslər - Məharət Mustafayev və Əli Rüstəmli saxlanılıblar.
Hər iki şəxs E. Vəliyevin yaxın adamları hesab olunur.












