Daha bir fəal polisə çağırılıb

Daha bir fəal polisə çağırılıb

01-05-2024 15:52 / Bu xəbər 766 dəfə oxundu

Mayın 3-də ictimai fəal Əbülfəz Qurbanlı şahid qismində Bakı Baş Polis İdarəsinə çağırılıb. 

Bu barədə "Turan"a Qurbanlı özü bildirib.

Eyni zamanda, fəala hansı cinayət işinə görə çağırıldığını deməyiblər. 

"Dedilər polis idarəsinə gələndə deyəcəklər”, - o qeyd edib.

Qurbanlının "Abzas Media” işi üzrə dindiriləcəyi istisna olunmur. Lakin Qurbanlının dediyi kimi, onun "Abzas Media” nəşri ilə heç bir əlaqəsi yoxdur.

Qurbanlı 2002-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğul olub, Xalq Cəbhəsi Partiyasının üzvü olub. 

2008-ci ildən Gənclər Komitəsinə rəhbərlik edib, 2013-cü ildə təşkilatın üzvü seçilib. 2015-ci ildə partiyadan çıxıb.

2021-ci ildən "Artikl 54" İctimai Birliyinin həmtəsisçisi və icraçı direktorudur. 

Təşkilat ictimai iştirakçılıq, ictimai nəzarət, icma quruculuğu və inkişafı ilə bağlı müxtəlif məsələlərlə məşğul olur.