Daha bir fəalın sosial şəbəkə hesablarına müdaxilə edilib

Daha bir fəalın sosial şəbəkə hesablarına müdaxilə edilib

01-12-2021 12:49 / Bu xəbər 3344 dəfə oxundu

D18 Hərəkatının sədri Əhməd Məmmədlinin sosial şəbəkə hesabları da ələ keçirilib. 

Bu barədə Əhməd Məmmədli məlumat yayıb. 

O bildirib ki, "Feysbuk" profilinə səhər saatlarında müdaxilə edilib: "Bu gün saat 10:37-də profilə müdaxilə edilib və profil şifrəsi dəyişdirilib. Ondan əvvəl də DİN-dən şikayətimlə bağlı telefonuma mesaj göndərilmişdi. Hazırda yeni şifrə ilə təhlükəsizliyi bərpa etməyə çalışıram". 

Məmmədli bildirib ki, profili qaytara bilib, amma təhlükəsizliklə bağlı problemlər hələ də qalır: "Profilim hələ ki özümdədir, amma adımdan mənə uyğun olmayacaq şəkildə yazılacaq mesaj və postlara görə məsuliyyət daşımıram".

Əhməd Məmmədli həm də Saleh Rüstəmovun Hüquqlarının Müdafiəsi Komitəsinin üzvüdür. 

O, ehtimal edir ki, profilinə müdaxilələr məhz Saleh Rüstəmovun azadlığa buraxılması ilə bağlı tələblərindən sonra edilib. 

Bu gün analoji halla Saleh Rüstəmovun azadlığa buraxılması ilə bağlı gözlənilən aksiyanın təşkilatçılarından birinin - Mete Türksoy da üzləşib.

Onun email və sosial şəbəkə hesablarına müdaxilə edilib.