Daha bir həkim koronavirusdan vəfat edib

Daha bir həkim koronavirusdan vəfat edib

31-07-2020 14:58 / Bu xəbər 1986 dəfə oxundu

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reanimasiya-anesteziologiya bölməsinin həkimi Teymur Cəfərov koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

O, iyulun 31-də səhər saatlarında o, dünyasını dəyişib.