Daha bir ilahiyyatçı saxlanılıb

Daha bir ilahiyyatçı saxlanılıb

25-10-2021 17:51 / Bu xəbər 415 dəfə oxundu

Hacı Cavad" məscidinin keçmiş axundu, ilahiyyatçı Əhliman Rüstəmov bu gün, oktyabrın 25-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

Oğlu Qasım Rüstəmovun "Turan" agentliyinə verdiyi məlumata görə, atasını evdən aparıblar. Bu zaman mənzildə axtarış aparılıb və dini ədəbiyyat müsadirə edilib. 

İlahiyyatçının ailəsinə onun saxlanılmasının səbəbini açıqlamayıblar.

Son günlər bir neçə ilahiyyatçı saxlanılıb, amma onlardan yalnız birinə - Sərdar Babayevə rəsmi ittiham irəli sürülüb. 

O, Azərbaycan CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Yerli müşahidəçilər dindarların saxlanılmasını son vaxtlar Azərbaycan və İran arasında münasibətlərin gərginləşməsi ilə əlaqələndirirlər.