Daha bir jurnalistin ölkədən çıxışına qadağa qoyuldu

Daha bir jurnalistin ölkədən çıxışına qadağa qoyuldu

11-01-2025 17:35 / Bu xəbər 46 dəfə oxundu

Mustafayeva qadağanın səbəbini öyrənə bilmir 

Jurnalist Xanım Mustafayevanın ölkədən çıxışına qadağa qoyulub. 

Bu barədə jurnalist özü Meydan TV-yə məlumat verib. 

O bildirib ki, bu gün, yanvarın 11-də hava limanından sərhədçilər onu geri qaytarıblar. 

Ona qadağanın Daxili İşlər Nazirliyi tərəfindən qoyulduğu bildirilib, amma səbəbi deyilməyib. 

Xanım Mustafayeva deyib ki, o, 2024-cü ilin dekabrın 15-dəYeni ili ailəsi keçirmək üçün Azərbaycana qayıdıb. 

Bu gün də Türkiyəyə gedirmiş. 

O, hazırda hər hansı bir cərimə və kredit borcunun olmadığını deyib. 

Ona görə də qadağanın hansı səbəbdən qoyulduğunu özü də bilmir. 

Jurnalist qadağanın səbəbini öyrənmək üçün DİN-in Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevlə əlaqə saxlayıb. 

Hacıyev ona qadağadan məlumatsız olduğunu və araşdıracağını deyib. 

Azərbaycanda son iki ildə bir çox jurnalist və ictimai fəallın ölkədən çıxışına qadağa qoyulub. 

Onların əksəriyyəti "Abzas Media", "Toplum TV" və "Meydan TV" işləri ilə bağlıdır. 

Xanım Mustafayeva isə hazırda bu media orqanlarının heç biri ilə əməkdaşlıq etmədiyini bildirib. 

Azərbaycanda hazırda 20-dən artıq jurnalist həbsdədir. 

Ümumilikdə isə ölkədə 300-dən artıq siyasi məhbusun olduğu bildirilir. 

Daxili İşlər Nazirliyi məsələyə hələ də rəsmi münasibət bildirməyib.