Daha bir ölkə Putindən üz döndərdi
06-04-2015 02:45 / Bu xəbər 1327 dəfə oxundu
İsveçin baş naziri Stefan Leven II Dünya müharibəsindəki qələbənin 70 illiyi münasibəti ilə bayram tədbirlərində iştirak etmək üçün Moskvaya getməyəcək.
Musavat.com xəbər verir ki, məlumatı SVT.se. telekanalı yayıb.
Məlumata görə, bunu baş nazirin mətbuat katibi Anne Ekberq bildirib.
O deyib ki, qərar Rusiyanın Ukrayna siyasəti ilə əlaqədar qəbul edilib.
Bayram tədbirlərində İsveçi Rusiyadakı səfir təmsil edəcək.
Arqument.Az












