Daha bir qazi özünü yandırıb

Daha bir qazi özünü yandırıb

12-09-2022 23:22 / Bu xəbər 1064 dəfə oxundu

İkinci Qarabağ müharibəsinin daha bir iştirakçısı -  Elnur Rüstəmov Bakıda özünü yandıraraq intihara cəhd edib. 

Bildirilir ki, qazi ağır bədən xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə yerləşdirilib. 

Məlumatı TƏBİB Toplum TV-yə təsdiqləyib.

Qurumdan bildirilib ki, Elnur Rüstəmovun vəziyyəti hazırda kritikdir: "Bakı sakini Elnur Rüstəmov hazırda Nərimanov Tibb Mərkəzi yanında Yanıq Mərkəzinin Reanimasiya şöbəsində müalicə alır. Bədəninin 70 % yanıb. Hazırda vəziyyəti kritik ağırdır".

Onun tənəffüs orqanları, boğaz, baş nahiyəsinin yandığı bildirilir.

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev Toplum TV-nin hadisə yerində olan əməkdaşına deyib ki, Elnur Rüstəmov həyətinə gətirilən köhnə qaz borularının dəyişdirilməsini xahiş edib. 

Ancaq Xəzər rayon Buzovna kənd bələdiyyəsinin əməkdaşları ona etinasız yanaşıblar: "Həyətinə qaz borları gətiriblər ki, qaz çəksinlər. Bu da deyib ki, bunlar köhnə borulardır. Bələdiyyə işçiləri deyiblər ki, bizlik deyil, bizə bunları göndəriblər. Qazi də deyib ki, özümü yandıracağam, bələdiyyə sədri deyib, get, yandır". 

İkinci Qarabağ müharibəsindən sonra (10 noyabr, 2020-ci il) 40-dan çox müharibə iştirakçısının müxtəlif səbəblərdən intihar etdiyi bildirilir.