Daha bir Reabilitasiya Mərkəzində ölüm: qurumun rəhbəri həbs edildi

Daha bir Reabilitasiya Mərkəzində ölüm: qurumun rəhbəri həbs edildi

06-12-2024 15:58 / Bu xəbər 664 dəfə oxundu

Faktla bağlı cinayət işi açılıb

Bakıda narkomaniyadan əziyyət çəkən şəxslərin bu asılılıqdan qurtulmaq üçün saxlandığı daha bir reabilitasiya mərkəzində ölüm baş verib. 

Bu dəfə Abşeron rayonu, Novxanı qəsəbəsində fəaliyyət göstərən "Həyat üçün şans” adlı Reabilitasiya Mərkəzində saxlanılan şəxslərdən biri həyatını itirib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb. Reabilitasiya Mərkəzinin təsisçisi və rəhbəri Elgiz Alxanov həbs olunub.

İstintaq çərçivəsində ölümün başvermə səbəbləri, şəxsə orada işgəncə verilib-verilməməsi ilə yanaşı, Reabilitasiya Mərkəzinin qanuni əsaslarla fəaliyyət göstərməsi məsələsi də araşdırılır.

Narkomaniyadan əziyyət çəkən şəxslərin asılılıqdan qurtulmaq məqsədilə saxlandığı reabilitasiya mərkəzlərində bundan əvvəl də ölüm halları baş verib. 

Novxanı qəsəbəsindəki "Uğur yolu” Reabilitasiya Mərkəzində 27 yaşlı Roma Fataxov, "New Life” Reabilitasiya Mərkəzində Hüseyn Məmmədov həyatını itirib. 

Onların döyülmə, pis rəftar nəticəsində öldüyü iddia edilir.

Göstərilən hər iki ölüm faktı ilə əlaqədar bir neçə nəfər həbs olunub.