Daha bir tələbə qız intihar etdi

Daha bir tələbə qız intihar etdi

22-02-2021 01:36 / Bu xəbər 2159 dəfə oxundu

Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin IV kurs tələbəsi, Yardımlı rayon sakini, 2001-ci il təvəllüdlü Vüsalə Rəhimli intihar edib.

Hadisə şahidlərinin sözlərinə görə, Sumqayıt bulvarında bir neçə dəfə sahilə yaxınlaşıb geri çəkilən gənc qız qəflətən özünü dənizə atıb. Ətrafdakların onu xilas etmək cəhdləri uğursuzluqla nəticələnib.

V.Rəhimlinin cansız bədənini dənizdən Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri çıxararıblar.

Mərhumun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

V.Rəhimli Sumqayıtda əmisinin evində qalırmış.("Report”)
 
***
 
Bir neçə gün öncə Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi 20 yaşlı Sevil Atakişiyeva da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib. 
 
Onun şəxsi yazışmalarında ailəsi tərəfindən davamlı təzyiqə məruz qaldığı bildirilir.