“Dalgalar və izlər” türk dramının nümayişi başlayır

“Dalgalar və izlər” türk dramının nümayişi başlayır

26-01-2022 15:24 / Bu xəbər 635 dəfə oxundu

Türkiyə istehsalı olan "Dalgalar və izlər” filminin nümayişi başlayır. 

Dram janrında çəkilən filmin rejissoru Emre Kavukdur. 

Filmdə baş rolları Pelin Karahan, Cem Zeynel Kılıç və Meral Çetinkaya ifa edir. 

Azərbaycanlı tamaşaçılar filmə yanvarın 27-dən etibarən "CinemaPlus” kinoteatrlar şəbəkəsində baxa biləcəklər.

Film Suna adlı gənc qadının həyatından bəhs edir. Həyat yoldaşının ölümündən sonra Suna və qızı Fundanın həyat imtahanı başlayır. 

Sunanın bacısı və ya kobud anası onların yaralarını sağalda bilməz. 

O, əşyalarını sataraq sağ qalmağa çalışır. Qısa müddətdə Suna ömürlük problemlərlə üzləşir.

Film dəbdəbəli evdə zorakılıq səhnələri ilə başlayır. Kadrda həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan Suna və onun qızı görünür. 

Həyat yoldaşını itirəndən sonra isə qəhrəman qızı ilə birlikdə səyahətə çıxır. 

"Dalğalar və izlər" Suna və qızının xoşbəxt olmaması üçün qarşısına daim maneələr qoyan bir labirinti xatırladır.

Ülviyyə