Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub

Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub

06-07-2019 02:17 / Bu xəbər 523 dəfə oxundu

Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub. 

"Report"un əldə etdiyi məlumata görə, Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə polis general-mayoru Seyfulla Əzimov təyin edilib. 

S.Əzimov bu təyinatadək Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb. 

2019-cu il 20 iyun tarixinədək Daxili İşlər nazirinin birinci müavini postunu Vilayət Eyvazov tutub.  

DİN-in Mətbuat xidmətindən "Report"a faktı təsdiqləyiblər.