"Dəmir Bank" bağlana bilər

11-11-2017 02:34 / Bu xəbər 200 dəfə oxundu

"Qırmızı zona”da olan banklar – 8 BANK, SİYAHI

Azərbaycanda fəaliyyət göstərən 8 bankın məcmu kapitalı bank qanunvericiliyində nəzərdə tutulan tələbdən – 50 milyon manatdan azdır. Bu barədə FED.az bankların 2017-ci ilin oktyabrın ayının 1-nə olan rəsmi hesabatlarına istinadən məlumat verir. 

Hesabatlardan məlum olur ki, bunlar «Bank Respublika», «Unibank» KB, «NİKOYL Bank» İKB, «Bank of Baku», «Bank BTB»,  «Bank VTB (Azərbaycan)», «DəmirBank» və Pakistan Milli Bankı NBP Bakı filialıdır.

Ən az kapital göstəricisi də Pakistan bankındadır, amma Azərbaycan və Pakistan hökumətləri arasındakı razılaşmaya görə, bu bankın kapitalı tədricən artırılaca, yəni banklara olan ənənəvi kapital tələbi və onun mümkün nəticələri Pakistan Milli Bankının Bakı filialına aid deyil.

 Bundan sonra ən pis kapital göstəricisi «Dəmirbank»dadır – 25,5 milyon manat. Səhmdarlar bankı üzdə saxlamaq üçün banka təqribən bu qədər də vəsait yatırmalıdırlar. Digər bankların da vəziyyəti ürəkaçan deyil. Bu banklar fəaliyyətlərini davam etdirmək üçün ya kapitallarını artırmalı, ya da konsolidasiyaya getməli, yəni başqa bankla birləşməlidirlər.///nuh.az