Deputat: BNA-dan soruşmaq lazımdır ki, bu pullar hara gedir?

Deputat: BNA-dan soruşmaq lazımdır ki, bu pullar hara gedir?

10-09-2020 16:25 / Bu xəbər 1284 dəfə oxundu

Bakı Nəqliyyat Agentliyi Rüfət Quliyevə böyük məbləğdə cərimə yazıb

"Bakı Nəqliyyat Agentliyi (BNA) əməkdaşları niyə şəkil çəkib qaçır? Harada dayanma-durma qadağandırsa, yazsınlar ki, burada 5, 10 dəqiqə durmaq olmaz, gəlib izah etsinlər ki, burada saxlama, orada saxla, daha niyə şəkil çəkən kimi qaçırlar?”

Milli Məclisin komitə iclasında deputat Rüfət Quliyev belə çıxış edib.

Deputat BNA-nı sərt tənqid edib: "Mən də taksilərin fəaliyyətində qayda-qanunun yaradılmasına tərəfdaram. Amma hamımız bilirik ki, bunun axırı hara gedir".

R.Quliyev deyib ki, onun özünə də böyük məbləğdə cərimə yazılıb: "Mən sürücümdən soruşdum ki, il ərzində nə qədər cərimə yığılıb. Cərimənin məbləğini burada açıqlamaq istəmirəm, amma böyük bir rəqəm idi. Dedim ki, get ödə. BNA-ın mühüm şəxslərini dəvət edək və soruşaq ki, cərimələrdən yığılan pullar hara gedir?”

Rüfət Quliyev
Mənbə: google.az

Deputat Azərbaycanda müəyyən sahələr üzrə kadr, mütəxəssis çatışmazlığı olduğunu deyərək, tədbir görülməsini təklif edib: "Sovet dövründə olduğu kimi bəzi ixtisaslarla bağlı məcburi təyinat olmalıdır. Bu gün ölkəyə aqronomlar, kənd təsərrüfatı sahəsi üzrə mütəxəssislər lazımdır. Vətəndaşlar müraciət edirlər ki, oğlum ali təhsillidir, iş tapa bilmir. Məlum olur ki, beynəlxalq hüquq, gömrük və digər ixtisasları bitiriblər. Amma aqronom axtarırsan, 70 yaşlı şəxs gəlir. Bu gün Türkiyədən gəlib məsləhət verən aqronomlar 2500-3000 manat alırlar”.