Deputat gilas ala bilmir

Deputat gilas ala bilmir

23-06-2022 00:25 / Bu xəbər 1003 dəfə oxundu

"Mən gilas ala bilmirəm, 8-10 manatdır" 

"Yüksək əməkhaqqı alan bir insan kimi etiraf edim ki, mən imkan edib yeni çıxan meyvələrdən ala bilməmişəm".

Bu barədə mövsüm meyvələrinin bahalığı haqda danışan deputat Fəzail Ağamalı deyib.

Deputat "Axar.az" saytına açıqlamasında bildirib ki, Bakıda bazar qiymətləri fantastik həddədir: "Rayonları deyə bilmərəm, amma Bakıda bazar qiymətləri fantastik həddədir. Gilasın qiyməti 8-10 manat aralığında dəyişir. Belə şey olar?!”.

O bildirib ki, bazarda qiymətlərə müdaxilə etmək imkanları olmadığı üçün təəssüf edir: "Bu gün tək meyvə deyil, bütün ərzaq məhsullarında bahalaşma var. Vaxtilə 1 manata aldığım təndir çörəyini dünən 1.50 manata aldım. Düzdür, dünyada qiymət artımı çox sürətlə gedir. Azərbaycan da dünyadan təcrid olunmuş vəziyyətdə deyil. Amma təəssüflər olsun ki, Azərbaycanda istehsal olunan məhsullarda belə möhtəkirlərin insanların əzabı üzərində çox pul qazanmaq kimi eybəcər istəklərini görürük. Bununla bağlı müvafiq qurumlar hərəkətə keçməlidirlər".