Deputat: "Göyərçinləri yemləyənlər cərimələnsin"

Deputat:

07-11-2024 15:22 / Bu xəbər 518 dəfə oxundu

Milli Məclisin plenar iclasında deputat Sabib Alıyev küçədə göyərçinləri yemləyənləri cərimələməyi təklif edib.

O bunu quşların infeksiya daşıması ilə əlaqələndirib.

Deputat həmkarı Qüdrət Həsənquliyev isə buna etiraz edib: "Mən və ailə üzvlərim həyətdə 15 pişiyə yemək veririk və onların bir çoxunu peyvənd etdiririk. Onda o quşlar acından ölsün? Heyvanların yemlənməsini qadağan etsək, onda cəmiyyətdə mərhəmət hissini aradan qaldırmış olarıq". 

Milli Məclisin sədri Sahibə Qafarova isə qeyd edib ki, quşlar infeksiya daşıyıcısı ola bilər: "Sahib müəllim deyəndə də həqiqət var"(lent.az).