Deputat: “Metro bağlıdır, pik saatlarda avtobuslara yaxın düşmək mümkün deyil”

Deputat: “Metro bağlıdır, pik saatlarda avtobuslara yaxın düşmək mümkün deyil”

24-11-2020 15:49 / Bu xəbər 586 dəfə oxundu

Sabir Rüstəmxanlı: "İnsanların koronavirus testindən keçməyə maddi imkanı çatmır"

"Pandemiya bu gün hər kəsi narahat edir, amma insanlar testin qiymətinin çox olduğunu nəzərə alaraq testdən keçmir, yoluxma isə artır”.

Bunu Milli Məclisin noyabrın 24-də keçirilən plenar iclasında deputatı Sabir Rüstəmxanlı deyib.

O, koronavirus testinin qiymətinə yenidən baxılmalı olduğunu deyib: "İnsanların 100 manat verib testdən keçmək imkanı yoxdur”.

Deputat vətəndaşların ictimai nəqliyyatla bağlı ciddi problem yaşadığına da toxunub: "Metro bağlıdır, pik saatlarda avtobuslara yaxın düşmək mümkün deyil. Elə bil, hər dayanacaqda mitinq gedir. Metronu açmaq bu işi asanlaşdırar. Əlaqədar qurumlar bunu nəzərə alsalar, yaxşı olar”.

Sabir Rüstəmxanlının çıxışına münasibət bildirən spiker Sahibə Qafarova isə deyib ki, iclasların birində Soltan Məmmədov bu testlərin pulsuz həyata keçirildiyini bildirib.///meydan.tv