Deputat oğlunun Londondakı şirkətinin aktivləri 4,8 milyona çatdı

Deputat oğlunun Londondakı şirkətinin aktivləri 4,8 milyona çatdı

19-08-2022 12:25 / Bu xəbər 1086 dəfə oxundu

Deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadənin rəhbərlik etdiyi  və 2007-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda təsis olunan "Ugano Limited” adlı şirkət ötən il üçün maliyyə hesabatını açıqlayıb.

Yeniavaz.com Böyük Britaniyanın müvafiq qurumlarına istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Orxan Quluzadənin rəhbərlik etdiyi "Ugano Limited”in aktivləri son bir ildə 1,82 milyon funt-sterlinq (3, 69 milyon manat) artaraq 2,78 milyon funt-sterlinqə (4,8 milyon manat) yüksəlib. 

Şirkətin aktivləri ilə bərabər öhdəlikəri də artıb. Belə ki, son bir ildə "Ugano Limited”in öhdəliyi 1,16 milyon funt-sterlinq artaraq 2,23 milyon funt-sterlinqə (3,8 milyon manat) çatıb.

Londonda "11 Larch Court Admiral Walk, Carlton Gate, London, W9 3UA” ünvanında qeydiyyatda olan "Ugano Limited” şirkətinə yarandığı gündən (28 avqust 2007-ci il) Orxan Quluzadə (18 yaşından) rəhbərlik edir. 

2007-2010-cu illərdə Ahmad Han adlı Böyük Britaniya vətəndaşı, 2010-2020-ci illərdə isə  Aynur Quliyeva adlı (Ülvi Quliyevin həyat yoldaşı) Azərbaycan vətəndaşı şirkətdə katib vəzifəsini icra edib.