Deputat Oqtay Gülalıyevə baş çəkib

Deputat Oqtay Gülalıyevə baş çəkib

04-11-2019 12:24 / Bu xəbər 889 dəfə oxundu

Aydın Mirzəzadə: "Dərin komadadır"

Milli Məclisin deputatı Aydın Mirzəzadə hüquq müdafiəçisi Oqtay Gülalıyevə baş çəkib.

Lent.az məlumat verir ki, bu barədə onun özü sosial şəbəkə hesabında bildirib. 

A.Mirzəzadə qeyd edib ki, Respublika Neyrocərrahiyyə Xəsəxanasında müalicə alan hüquq müdafiəçisi ilə görüş üçün icazə alaraq reanimasiya şöbəsində ona baş çəkib:

"Baş həkim, əməliyyat edən cərrah və reaminatoloqla onun vəziyyəti barədə söhbət etdim.

Vəziyyəti ağır stabildir, dərin komadadır, intensiv müalicəsi gedir. Lazımi dərmanlar vurulur, müalicəsi ciddi nəzarətdədir. Ailəsinə və yaxın dostlarına onu görməyə icazə verilir, vəziyyəti və müalicənin gedişi barədə məlumatlandırılır.

Allah şəfa versin".

Qeyd edək ki, hüquq müdafiəçisini oktyabrın 29-da axşam saatlarında maşın vurub və oktyabrın 30-da əməliyyat edilib.