Deputat rayonlara gediş-gəlişin bərpasını istədi
27-08-2020 09:49 / Bu xəbər 1916 dəfə oxundu
"Rayonlara gediş-gəlişi bərpa etmək də vacibdir, yalnız insanlara nəzarət gücləndirilməlidir”.
Qaynarinfo xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa çıxış edib.
Deputat bildirib ki, əhalinin iqtisadi cəhətdən yoxsullaşması dövlətə böyük zərbə vurur:
"Qapalı məkanlarda sosial məsafə gözlənilməklə, gigiyenik normalara əməl etməklə, restoranların, kafelərin də açılmasına icazə verilməlidir. Çünki əhalinin iqtisadi cəhətdən yoxsullaşması, iş adamlarının müflis olması dövlətə daha böyük zərbə vurur”.












