Deputat rayonlarda qaz limitinin ləğvini təklif edib
06-11-2023 13:39 / Bu xəbər 1109 dəfə oxundu
Əsas narazılıq qaz limiti ilə bağlıdır.
Ucar kimi yaşıllıqdan məhrum olan rayonun sakinləri meşələri qırmaq məcburiyyətində qalır.
Bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında deputat Ramil Həsən deyib.
Deputat bildirib ki, rayon əhalisi qaz limitinin ləğvini istəyir: "Mən də bunu hökumətin diqqətinə çatdırıram”.
Deputat həmçinin, rayonlarda və kəndlərdə bankomatların az olması problemini də diqqətə çatdırıb: "İnsanlar təqaüd, maaş almaq üçün kilometrlərlə yol qət etməyə məcbur olur. Bu da aldıqları vəsaitdən yol pulu verməsinə də gətirib çıxarır. Eyni zamanda son 3 ildə kəndlərdə torpaqlarla bağlı aparılan işlər ürəkaçan deyil. İnsanlar pay torpaqları ilə bağlı dəyişikliklər sistemə oturmadığı üçün ciddi problemlərlə qarşılaşmaqdadırlar”.(APA)