Deputat səlahiyyətlərindən məhrumetmə proseduru asanlaşdırılır

Deputat səlahiyyətlərindən məhrumetmə proseduru asanlaşdırılır

23-10-2018 12:28 / Bu xəbər 1344 dəfə oxundu

"Deputatların etik davranış qaydaları"na dəyişikliklərin edilməsi haqda qanun layihəsi baxılmaq üçün Milli Məclisə təqdim edilb. 

Deputat Fazil Mustafa bu məlumatı Turan-a təsdiq edib.

O deyib ki, belə bir qanun əslində deputatların hüquqlarının məhdudlaşdırılmasıdır: "Bu məsələ 2016-cı ildə keçirilmiş Konsitusiyaya dəyişiklərlə bağlı referendumda da əksini tapıb. Qanun qəbul edilib. Əvvəl 30 iclasda iştirak etməyən deputatın məsələsinə İntizam Komissiyasında baxılırdı. İndiki dəyişkliklərdən sonra isə deputatı istənilən bəhanə ilə səlahiyyətindən məhrum etmək asanlaşdırıldı. Yəni, bundan sonra istənilən bəhanə ilə deputatı mandatdan məhrum etmək mümkündür".

Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində belə qanun yoxdur.