Deputat: "Tələbələr Qarabağda görülən işlərə könüllü cəlb edilsin"

Deputat:

27-12-2021 17:26 / Bu xəbər 995 dəfə oxundu

Milli Məclisin deputatı Aqil Abbas tələbələrdən ibarət inşaat dəstələrin yaradılmasını təklif edib. 

Bu gün, dekabrın 27-də Milli Məclisdə çıxış edən deputat bildirib ki, Qarabağdakı bərpa və yenidənqurma işləri üçün işçi qüvvəsinə ehtiyac var. 

O təklif edib ki, bu boşluq tələbələrin hesabına doldurulsun. 

"Tələbələr yayda iki ay tətilə çıxacaqlar və həmin vaxtda azad olunmuş ərazilərdə çalışıb maaş ala bilərlər. Hətta hesab edirəm ki, onlar azad edilmiş ərazilərdə pulsuz da işləməyə razı olarlar”, - deyə deputat bildirib.

Azərbaycanda tələbə inşaat dəstələri Sovet dövründə populyar olub. 

SSRİ dağılandan sonra "tələbə inşaat batalyonu" anlayışı aradan qalxmışdı.