Deputata məxsus olduğu bildirilən şirkəti daha 1500 manat cərimə gözləyir
29-08-2023 17:19 / Bu xəbər 660 dəfə oxundu
"Embawood" MMC-nin barəsində cərimə protokolu yazılıb.
Şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. İş hakim Murad Məmmədovun icraatına verilib.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
"Embawood" şirkətinin Milli Məclisin deputatı Məşhur Məmmədova məxsus olduğu bildirilir.
Şirkətə daha əvvəl eyni xəta ilə bağlı cərimə protokolu yazılmışdı.//Pravda.az