Deputatın polisi döydüyü bildirilir
29-07-2021 16:39 / Bu xəbər 3451 dəfə oxundu
Xaçmazın deputatı Eldəniz Səlimovun Nabranda polis əməkdaşlarından birini döydüyü iddia edilir.
Qaynarinfo xəbər verir ki, hadisə baş verən zaman deputat sərxoş olduğu bildiriir.
İddialara görə, Eldəniz Səlimov naməlum səbəblərdən Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkib.
Deputatın ona xəsarət yetirdiyi bildirilir.
Məlumata görə, Zaur Mirəzyev deputatın ona daha ağır xəsarətlər yetirə biləcəyini görüb hadisə yerindən uzaqlaşıb.
Onun hazırda Bakıda olduğu deyilir.
Zaur Mirəzyevin mobil nömrəsini əldə etsək də, zənglərimizə cavab verməyib.
Bildirilir ki, bu, Eldəniz Səlimovla bağlı birinci hal deyil. O hələ deputat olmamışdan əvvəl Vergilər Nazirliyinin yerli idarəsində şöbə müdirini döyüb.
Ölkədə sərt karantin rejimi hökm sürdüyü vaxtda isə yol polislərinin biri ilə mübahisə edərək ona şillə vurub. İki ay əvvəl isə mühafizə polisinin əməkdaşlarından birinə hədə-qorxu gəlib.
Vergilər idarəsində şöbə müdirini. Pandemiya vaxtı yol polisi ilə mübahisə edib şillə vurub. İki ay əvvəl isə mühafizə polisinin əməkdaşlarından birinə hədə-qorxu gəlib.
Eldəniz Səlimovla da danışmaq mümkün olmayıb. Onun istifadə etdiyi mobil nömrəyə zəng çatmayıb.












