Deputatlığa namizədi hədələdilər: "Çox danışma, maşını çevirərəm, hamımız ölərik"
25-08-2024 02:27 / Bu xəbər 876 dəfə oxundu
70 saylı Seçki Dairəsindən deputatlığa namizəd Vəfa Nağı Neftçalanın Xəzərkənd sakinləri ilə birlikdə kəndin su probleminin həll etdiyini deyib.
Onun sözlərinə görə, 15 gün imiş ki, kəndə su verilmirmiş.
Vəfa Nağı bildirib ki, kəndin su probleminin həll olunması üçün Neftçala rayon su idarəsinin müdiri ilə maşında gedərkən sürücü onu: "Çox danışma, maşını çevirərəm, hamımız ölərik", - deyə hədələyib.
Amma nəticədə kəndlilər 15 gündür ki, verilməyən suyu bərpa etdirə biliblər.