Deputatın oğlu İngiltərədəki şirkətini niyə bağlayıb?

Deputatın oğlu İngiltərədəki şirkətini niyə bağlayıb?

27-07-2020 10:33 / Bu xəbər 1835 dəfə oxundu

Milli Məclisin deputatı Azər Kərimlimin oğlu Fəxri Kərimli iki il əvvəl İngiltərədə təsis etdiyi "CARRIMLI LIMITED" şirkətini könüllü şəkildə ləğv edib. 

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

O bildirib ki, bununla bağlı o, iyulun 17-də Londonda Şirkətlər Evinə (müəssisələrin qeydiyyat idarəsi) müraciət edib: "Şirkətin ləğvi barədə məlumat iyulun 28-də rəsmi qəzetdə dərc olunacaq. Xatırladım ki, deputatın oğlunun Britaniyada şirkət təsis etməsi ilə bağlı 5 ay öncə məlumat acıqlamışdım. CARRIMLI LIMITED-in fəaliyyət sahəsi daşınmaz əmlak biznesini əhatə edirdi. Fəxri Kərimli Oksford məzunudur. Çox güman ki, onun Londondakı biznesinə son qoyması atası Azər Kərimlinin vasitəsilə Azərbaycanda ciddi dövlət işinə düzəlməsi ilə əlaqədardır".

Jurnalistin sözlərinə görə, Azər Kərimlinin diğər oğlu İlkin Kərimli də Londonda daşınmaz əmlak biznesi ilə məşğuldur.