Dilavər Əzimli vəfat edib

Dilavər Əzimli vəfat edib

03-03-2021 15:44 / Bu xəbər 2107 dəfə oxundu

Tarixçi alim Dilavər Əzimli koronavirusdan vəfat edib. 

Bu barədə martın 3-də AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun ictimaiyyətlə əlaqalər şöbəsindən bildirilib.

İnstitutun "Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli bu gün səhər saatlarında dünyasını dəyişib.

D.Əzimli yanvarın 4-də xəstəxanaya yerləşdirilmişdi.

Dilavər Mirzəkişi oğlu Əzimli 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub.

O, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini qırmızı diplomla bitirib. 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışıb, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində "Türk və Şərqi Avropa xalqları" kafedrasının müəllimi olub (APA).