DİN: Daxili Qoşunların Vətən müharibəsində yaralanan hərbçisi şəhid olub
21-01-2021 18:22 / Bu xəbər 544 dəfə oxundu
"Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların Vətən müharibəsində yaralanan hərbi qulluqçusu bu gün şəhid olub".
Bu məlumatı DİN-in Mətbuat xidməti yayıb.
Bildirilib ki, Daxili Qoşunların hərbi qulluqçusu, çavuş Elşən Quluzadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərkən ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilib.
Həkimlərin bütün səylərinə baxmayaraq, o, bu gün – yanvarın 21-də vəfat edib.
"Şəhidlə vida mərasimində Azərbaycan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər", - məlumatda bildirilir.
Məlumatda bildirilir ki, şəhid Elşən Quluzadənin cənazəsi polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının müşaiyəti ilə doğulub boya-başa çatdığı Füzuli rayonuna aparılaraq orada dəfn ediləcək.












