DİN-dən küçədə adam döyən mütəşəkkil dəstə ilə bağlı açıqlama

DİN-dən küçədə adam döyən mütəşəkkil dəstə ilə bağlı açıqlama

29-04-2021 11:40 / Bu xəbər 2193 dəfə oxundu

Daxili İşlər Nazirliyi Bakıda mütəşəkkil dəstə tərəfindən döyülən bloger Fuad Rəsulzadə ilə bağlı açıqlama yayıb. 

Bildirilib ki, gəncin döyülməsi ilə bağlı araşdırmalara başlanılıb. 

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo”ya deyib ki, dünən axşam saatlarında Bakı şəhərində vətəndaş Fuad Rəsulzadənin döyülməsini əks etdirən videogörüntülərdən məlumatlıdırlar: "Vətəndaşa fiziki təzyiq göstərməklə onu döyməkdə şübhəli şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək”.

Bir ay öncə tvitterdə "Əhməd” adlı hesabdan "Xudayar çoxdandı təzə mahnı buraxmır” deyə ironik paylaşım edilib. Daha sonra Fuad Rəsulzadə həmin sözləri n ona aid olduğunu deyib.

Dünən isə bir qrup şəxs küçədə Fuad Rəsulzadəni ölümcül döyüb. 

Şəhid Xudayar Yusifzadənin döyüşlər ərəfəsində işğaldan azad edilmiş ərazidə oxuduğu mahnılar sosial şəbəkələrdə geniş yayılıb.