DİN seçkilər zamanı etiraz aksiyalarına qarşı sərt tədbirlər görüləcəyini deyir
10-07-2024 16:25 / Bu xəbər 637 dəfə oxundu
Polis seçki ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcək.
Qanunsuz aksiyaların, ictimai asayişin pozulması hallarının qarşısının alınması üçün bütün tədbirlər görüləcək.
Bunu iyulun 10-da daxili işlər nazirinin müavini Oqtay Kərimov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyaları sədrləri üçün keçirilən müşavirədə deyib.
Nazir müavininin sözlərinə görə, seçki bitəndən sonra bülletenlər və seçki protokolları polisin müşayiətilə aparılacaq.
"Seçki məntəqələrində qanunu pozanlar cəzalandırılacaq", - öz növbəsində Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov bildirib.
Son illərdə hakimiyyət vətəndaş cəmiyyəti nümayəndələrinin, müxalifətin mitinq keçirmək niyyətilə bağlı müraciətlərinə imtina cavabı verir.