Diplomat olduğunu deyən azərbaycanlı Türkiyədə 70 kilo qızılla saxlanıldı

Diplomat olduğunu deyən azərbaycanlı Türkiyədə 70 kilo qızılla saxlanıldı

23-11-2024 03:08 / Bu xəbər 42 dəfə oxundu

Türkiyənin İstanbul şəhərində azərbaycanlı olduğu deyilən şəxsin maşınından 70 kiloqram qızıl aşkarlanıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, Azərbaycanəsilli M.G.Ş. adlı şübhəli Sarıyer səmtində ticarət mərkəzlərinin birinin qarşısında polis qrupları tərəfindən saxlanılıb.

Media həmin şəxsin İstanbul Prokurorluğu tərəfindən verilən təlimat çərçivəsində saxlanıldığı yazıb.

Şübhəli şəxs xüsusi xidmət orqanlarının əməkdaşlarına məhsulların özünə aid olduğunu və həmçinin özünün diplomat olduğunu deyib.

Media hüquq mühafizə orqanlarına istinadən faktla bağlı araşdırma aparıldığını yazıb.