Dmitri Peskov: "Dağlıq Qarabağın statusu dəqiqləşdirilməyib"
10-11-2020 15:58 / Bu xəbər 1043 dəfə oxundu
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin bəyanatında Qarabağın statusu dəqiqləşdirilməyib.
Bu barədə Kreml rəsmisi 10 noyabrda jurnalistlərə açıqlamasında deyib.
Peskovun sözlərinə görə, Dağlıq Qarabağın statusu məsələsində beynəlxalq hüququn başlıca müvafiq maddələrinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun hərəkət edilməlidir:
"Bəli, bu sənəddə Qarabağın statusu məsələsinə toxunulmur, hazırda biz beynəlxalq hüququn müvafiq təməl maddələrinə, hər şeydən əvvəl isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və digər sənədlərə uyğun hərəkət etməyə davam edirik".
Kreml rəsmisi türk sülhməramlılarının Dağlıq Qarabağda olub-olmaması məsələsinə də toxunub və prezidentlərin bəyanatında belə bir maddənin yer almadığını bildirib.
"Qarabağla bağlı monitorinq mərkəzi Azərbaycanda yerləşə bilər, lakin bu ayrı razılaşmaların mövzusudur”, - deyə Peskov vurğulayıb.///toplum.tv