Dünyanın ən bahalı futbolçuları

Dünyanın ən bahalı futbolçuları

09-04-2020 00:19 / Bu xəbər 755 dəfə oxundu

Mbappe hamını qabaqladı, Messi 9-cu, Ronaldo isə ilk onluqda deyil

Arqument.Az xəbər verir ki, "Transfermarkt” koronavirus pandemiyası ilə əlaqədar oyunçuların təxmini dəyərini yeniləyib.

Bütün oyunçuların qiymətləri 20% endirilib. İstisna yalnız 1998-ci il təvəllüdlü və daha gənc oyunçular üçün edilib - dəyərləri 10% azalıb.

PSJ-nin forvardı Kilian Mbappe dünyanın ən bahalı oyunçusudur. Portal onu 180 milyon avro qiymətləndirir. "Mançester Siti" nin yarımmüdafiəçisi Rahim Sterlinq və PSJ-nin forvardı Neymar ikinci və üçüncü pillələri bölüşürlər (hər ikisi - 128 milyon avro).
Qeyd edək ki, "Barselona" nın hücumçusu Lionel Messi reytinqdə 9-cu pillədə qərarlaşıb. O, 112 milyon avro qiymətləndirilir. "Yuventus" un forvardı Kriştiano Ronaldo 46-cı yerdədir. Onun qiyməti 60 milyon avrodur.

"Transfermarkt”ə görə dünyanın ən bahalı oyunçuları:

1. Kilian Mbappe (PSJ) - 180 milyon avro

2-3. Rahim Sterlinq (Mançester City) - 128 milyon avro

2-3. Neymar (PSJ) - 128 milyon avro

4-7. Sadio Mane (Liverpul) - 120 milyon avro

4-7. Məhəmməd Salah (Liverpul) - 120 milyon avro

4-7. Harri Keyn (Tottenhem Hotspur) - 120 milyon avro

4-7. Kevin de Bruyne (Mançester City) - 120 milyon avro

8. Jadon Sanço (Borussiya Dortmund) - 117 milyon avro

9. Lionel Messi ("Barselona") - 112 milyon avro

10. Trent Alexander-Arnold (Liverpul) - 99 milyon avro
...
46. Kristiano Ronaldo ("Yuventus") - 60 milyon avro.

Nizami Bağırov