Dünyanın ən güclü pasportu - lider dəyişdi
28-10-2018 01:27 / Bu xəbər 2212 dəfə oxundu
Yaponiya pasportu viza razılaşmaları ilə səyahət azadlığı baxımından dünyanın ən nüfuzlu pasportudur.
CNN yazır ki, bu pasportla dünyanın 190 ölkəsinə vizasız səyahət mümkündür.
Ötən ilin ən güclü pasport olan Sinqapur bu il ikinci yerdə qərarlaşıb.
Henley Pasport İndeksi açıqlayıb ki, bu ay Myanma ilə vizasız səyahət razılığı əldə edən Yaponiya, 189 ölkə ilə belə razılaşmaya sahib olan Sinqapuru geridə qoyub.
2018-ci ildə dünyanın ən güclü pasportları bunlardır:
Yaponiya
Sinqapur
Almaniya
Fransa
Cənubi Koreya
Danimarka
Finlandiya
İtaliya
İsveç
İspaniya
Norveç
Böyük Britaniya
Avstriya
Lüksemburq
Hollandiya
Portuqaliya
Amerika Birləşmiş Ştatları
Belçika
İsveçrə
İrlandiya
Kanada
Avstraliya
Yunanıstan
Malta
Yeni Zelandiya
Çexiya
İslandiya
Macarıstan
Slovakiya
Türkiyə
İraq və Əfqanıstan
Pərvanə Qurbanlı
Toplum.Tv