Dünyanın ən prestijli 10 ölkəsi - SİYAHI
13-01-2014 14:46 / Bu xəbər 987 dəfə oxundu
Almaniya ABŞ-ı "taxt"dan saldı.
Dünyanın tanınmış tədqiqat mərkəzlərindən biri olan GfK-nin (Bazar Araşdırma İnstitutu) keçiridiyi sorğu nəticəsində Almaniyanın dünyanın ən prestijli ölkəsi olduğu ortaya qoyulub. ANN.Az xəbər verir ki, 20 fərqli ölkədə 20 min adamın iştirakıyla reallaşdırılan anketdə ölkələr ixracat, hökumət, idarə, mədəniyyət, insanlar, turizm və sərmayə başlıqları altında 23 fərqli alt kateqoriyada qiymətləndirilib.
Almaniya 2009-cu ildən bu yana hamının ən prestijli ölkə hesab etdiyi ABŞ - ı geridə buraxaraq birinci olub. Almaniya ən çox balı idman sahəsində əldə edərək Avropadakı istiqamətləndirici rolu, siyasət və iqtisadiyyatdakı sabitliyi səbəbiylə siyahının başında qərar tutub. ABŞ isə, xüsusilə dünya barışı və təhlükəsizliyi mövzusunda bal itirərək beynəlxalq anlaşılmazlıqlardakı roluna görə Almaniyadan geri qalıb.
Dünya sıralamasında ən çox itkini Rusiya yaşayıb. Üç pillə geriləyərək 25 -çi sıraya düşən Rusiyaya ən çox balı hökumət və Ukrayna böhranı mövzusundakı mövqeyinə görə itirib. Sıralamağa görə, dünyanın ən prestijli 10 ölkəsi belə:
Almaniya,
ABŞ,
İngiltərə,
Fransa,
Kanada,
Yaponiya,
İtaliya,
İsveçrə,
Avstraliya
İsveç
Arqument.az












