“Doktor Strenc”in macəralarını 4DX texnologiyası ilə izləyin

“Doktor Strenc”in macəralarını 4DX texnologiyası ilə izləyin

13-05-2022 13:50 / Bu xəbər 2067 dəfə oxundu

"CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ komiks nəşriyyatı "Marvel Comiks”in 28-ci filmi olan "Doktor Strenc: dəliliklərin multikainatında” fantastik superqəhrəman döyüş filmi nümayiş olunur. 

Kinoteatrlar şəbəkəsindən verilən məlumata görə, filmə maraq çox böyükdür. Belə ki, biletlər sürətlə satılır.

Doktor Strenc personajı haqqında ilk film 2016-cı ildə çəkilib. 

Bu ekran əsəri dünya üzrə 165 milyon dollarlıq büdcə ilə 677 milyon dollar gəlir əldə edib. 

Filmin rejissoru "Hörümçək adam” trilogiyasının yaradıcısı Sem Reymidir. 

Əvvəlcə qorxu filmi kimi təqdim edilən film janrını elmi fantastika elementləri ilə hərəkət-macəraya çevirib. 

Filmdə baş rolları Benedikt Kamberbetç, Elizabet Olsen, Peyçel MakAdams canlandırır. 

 "Doktor Strenc: dəliliklərin multikainatında” filmini "Dəniz Mall” Ticarət mərkəzində yerləşən "CinemaPlus” kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.

4DX innovativ kinoteatr texnologiyası kəskin süjetli blokbasterləri və qorxu filmlərini hərəkət, fırlanma və kreslo titrəyişlər, su damcıları və külək, ildırım və qar, sabun köpükləri və ətir kimi əlavə xüsusi effektlər ilə vizual effektlərini genişləndirir. 

Bunun nəticəsində 4DX, tamaşaçıları böyük ekranda baş verən hadisələrə sövq etməklə kino sənayesində ən valehedici formatlardan biri hesab olunur. 

Ülviyyə