Dollar 2 manata yüksələcək? – Ekspert

Dollar 2 manata yüksələcək?   – Ekspert

17-04-2015 14:09 / Bu xəbər 1678 dəfə oxundu

“Bu məzənnə ilə bağlı proqnoz vermək qeyri-mümkündür. Çünki qərarlar birbaşa olaraq Mərkəzi Bank tərəfindən qəbul edilir”

Bunu Arqument.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov manatın məzənnəsinin aşağı düşməsinə münasibət bildirərkən deyib.

O, dolların 1.50-2 manat olacağı ilə bağlı proqnozlara öz fikrini bildirib. İqtisadçı bu halın hansı ehtimallar doğrultusunda həyata keçə biləcəyindən danışıb.

“Dolların məzənnəsi bağlı Mərkəzi Bank tərəfindən inzibati yolla tənzimlənir. Azərbaycanda üzən valyuta rejimi tətbiq olunmadığından dolların məzənnəsini bazar müəyyənləşdirmir. Praktiki olaraq bu məzənnə ilə bağlı proqnoz vermək qeyri-mümkündür. Çünki qərarlar birbaşa olaraq Mərkəzi Bank tərəfindən qəbul edilir. Yəni dollara olan təlabat hələlik məzənnəyə birbaşa təsir göstərmir.

Hazırda dollara tələb yüksəkdir, lakin buna baxmayaraq Mərkəzi Bank intredensiya etməklə bu tələbi qarşılamağa çalışır. Mərkəzi Bank tənzimlənən valyuta rejimi ilə fəaliyyət göstərir. Məlumatlara görə, hələlik  Mərkəzi Bank üzən valyuta rejiminə keçməyi planlaşdırmır. Üzən valyuta rejimi tətbiq olunarsa məzənnədə də dəyişiklik olacaq və manatın məzənnəsi Mərkəzi Bankın valyuta rejimindən asılı olcaq. Əgər Mərkəzi Bank valyuta rejiminin dəyişdirilməsilə bağlı qərar versə,təbii ki, bu manatın məzənnəsinin aşağı düşməsinə səbəb ola bilər. Çünki dollara tələbat yüksəkdir və üzən valyuta rejiminin tətbiq edilməsi Mərkəzi Bankın intredensiyasının dayanması deməkdir. Əgər Mərkəzi Bank mövcud valyuta rejimində bazara müdaxilə edərsə, o zaman manatın məzənnəsi 5 faizlik koridor rejimində dəyişəcək. 

Yəni manatın məzənnəsi birbaşa Mərkəzi Bankın həyata keçirdiyi monitar siyasətindən asılı olacaq. Nəzərə alsaq ki, 2011-ci illərin sonu Mərkəzi Bankın valyuta ehtiyyatları 10 milyard dollardan aşağı düşüb. Bu o deməkdir ki, son 4 ildə ilk dəfə olaraq Mərkəzi Bankın valyuta ehtiyatları mövcud interdensiya azalmasına ilə qarşılaşıb.

Əgər dollara təlabat artarsa təbii ki, üzən valyuta rejimi tətbiq olunacaq. Bu halda manatın məzənnəsinin azalacağı istisna edilmir”.

Arqument.Az