"DSK sənədlərimi qəbul etdi, indi də Ədliyyə Nazirliyinə şikayət yazıram" - Nurlana Cəlil

03-01-2020 01:49 / Bu xəbər 2716 dəfə oxundu

110 saylı Zaqatala seçki dairəsi müstəqil namizəd, son günlər açıqlamaları ilə sosial şəbəkələrdə gündəmə gələn Nurlana Cəlilin sənədlərini qəbul edib.

Bu barədə Toplum.Tv-yə Nurlana Cəlil məlumat verib. 

O bildirib ki, dekabrın 29-dan etibarən hər gün sənədlərin qəbulu ilə bağlı dairəyə  müraciət etsə də, DSK müxtəlif bəhanələrlə mövzudan yayınıb.

"Sənədləri möhürələməkdən imtina edirdilər. Gah möhürün Bakıya aparıldığını, gah da sədrin xəstə olduğunu, bu üzdən işə çıxmadığını bəhanə edirdilər. Bu gün səhər saatlarında Zaqatala Mərkəzi Poçtuna gedərərək rəsmi şəkildə aidiyyəti qurumlara şikayət göndərdim. Bir az sonra 110 saylı Zaqatala seçki dairəsinin sədri Fikrət Mustafayev özü şəxsən mənə zəng edərək, "gəlin sənədlərinizi qəbul edirik” dedi. Onlara demişdim ki, axırda özünüz məni çağıracaqsınız. Bu gün dairəyə yaxınlaşdım ərizəmi qəbul etdilər. Möhürlü bildirişi də aldım. İndi bankda hesab açmalıyam", - o bildirib.

Nurlana Cəlil deyib ki, bank hesabı açmaq üçün Notarius lazımdır, lakin bayram günləri olduğu üçün problem yaşanır: "Notarius ortada yoxdu. Hazırda bununla bağlı Ədliyyə Naziryinə məktubu hazırlayıram ki, iş vaxtında sizin əməkdaşlar niyə yerində yoxdur?".

Rizvan İbrahim