DTX daha bir icra hakimiyyətində əməliyyat keçirib, həbs olunanlar var

DTX daha bir icra hakimiyyətində əməliyyat keçirib, həbs olunanlar var

20-02-2020 17:20 / Bu xəbər 1513 dəfə oxundu

Dövlət Təhlükəsizlik Xidməti fevralın 20-də məlumat yayaraq, Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirdiyini bildirib.

MeydanTV-nin verdiyi xəbərə görə, məlumatda qeyd olunub ki, rayonun icra hakimiyyətinin vəzifəli şəxsləri barədə başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Onlar vəzifə səlahiyyətlərindən istifadədə və çoxsaylı cinayətlərdə günahlandırılırlar.

"Araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcəkdir”, - məlumatda deyilir.

Hazırda Neftçala Rayon İcra Hakimiyyəıtinin başçısı İsmayıl Vəliyevdir. O, 2011-ci ildən bu vəzifəni tutur.

Ötən ilin 19 dekabrında DTX Ağstafa Rayon İcra Hakimiyyətində əməliyyat keçirərək, icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarovu həbs etmişdi.