DTX-nın polkovniki həbs edilib

DTX-nın polkovniki həbs edilib

21-07-2019 17:12 / Bu xəbər 861 dəfə oxundu

Dövlət Təhlükəsizlik Xidmətinin Astara rayon şöbəsinin rəisi həbs edilib.

Criminal.az saytının əldə etdiyi məlumata görə, şöbə rəisi, polkovnik Elxan Alışov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma ) maddəsi ilə təqsirləndirilir.

Cinayət işinin istintaqı artıq yekunlaşdırılaraq məhkəməyə göndərilib. Hazırda E.Alışovun cinayət işinə Cəlilabad rayon Hərbi Məhkəməsində baxılır.
Məhkəmədən bildirilib ki, iş hakim Vüqar Əhmədovun icraatındadır. Ondan başqa daha 2 nəfər də təqsirləndirilir.
Məlumata görə, E.Alışov həbs edilməmişdən bir müddət əvvəl təqaüdə çıxması ilə bağlı müraciət edibmiş.

DTX-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev sayta açıqlamasında E.Alışovun həbs edilməsini təsdiqləməyib. Bildirib ki, DTX-nın heç bir rayon şöbəsinin rəisi həbs edilməyib.