DTX Təhsil Şurası sədrinin qardaşını da saxlayıb

DTX Təhsil Şurası sədrinin qardaşını da saxlayıb

06-07-2020 22:19 / Bu xəbər 1576 dəfə oxundu

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyatda saxlanılan şəxslərdən birinin də kimliyi bəlli olub.

Qurumun rəsmi açıqlamasına görə, saxlanılan şəxslərdən biri XİN-in İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadədir.

Uzun illər Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olan Səlim Əlizadə mediada "Eurovision" mahnı müsabiqəsinin iştirakçısı Safurə Əlizadənin atasıdır.

O, mərhum alim, professor Əbdül Əlizadənin oğlu, BDU-nun Sosial Elmlər və Psixologiya fakültəsinin dekanı Hikmət Əlizadənin qardaşıdır. Hikmət Əlizadə həm də Təhsil Şurasının sədridir.