Dunya Miyatoviç: Jurnalistlərə əvəzsiz işlərinə görə təşəkkür etməliyik

Dunya Miyatoviç: Jurnalistlərə əvəzsiz işlərinə görə təşəkkür etməliyik

04-05-2020 03:11 / Bu xəbər 957 dəfə oxundu

"Onlar hökumətin fəaliyyətini ictimaiyyətin ciddi nəzarəti altında saxlayırlar”

"Sərbəst və keyfiyyətli jurnalistika demokratiyanın bir aktividir”, - "Turan" İA xəbər verir ki, bunu Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində deyib.

"3 May Ümumdünya Mətbuat Azadlığı Gününü qeyd edərkən biz jurnalistlərə və KİV işçilərinə cəmiyyətin rufahı naminə əvəzsiz işlərinə görə təşəkkür etməliyik. Bizim maraqlarımıza xidmət etmək üçün onların verdikləri qurbanları və ailələrinin qurbanlarını tanımalıyıq.

Onlar bizə həyatımıza dair qərarların qəbulu üçün malik olduğumuz ən güclü alətlərdən birini - etibarlı informasiyanı verirlər.

Onlar ədalətsizlik, cinayət, korrupsiya və ya vəzifə səlahiyyətlərindən sui-istifadə hallarını ifşa edirlər. Onlar hökumətin fəaliyyətini ictimaiyyətin ciddi nəzarəti altında saxlayırlar”.

Dunya Miyatoviç deyib ki, buna görə də mətbuat azadlığı milli konstitusiyalarda və beynəlxalq müqavilələrdə təsbit edilmiş hüquqlardan biridir.

"Buna görə də biz jurnalistlərin və KİV işçilərinin təhlükəsizliyinə, müstəqilliyinə, iqtisadi və sosial rifahına daha çox investisiya qoymalıyıq. 3 mayın yaxınlaşması ilə mən həqiqətin və ədalətin qorunması işində çalışan bütün jurnalistlərə və media işçilərini qiymətləndirmək istəyirəm. Onların çoxu bizə əsaslandırılmış qərarlar qəbul etmək və cəmiyyəti daha da ədalətli etmək üçün imkan yaratmaqdan ötrü öz həyatlarını və ya azadlıqlarını qurban veriblər”, - Miyatoviçin bəyanatında deyilir.